Tuneldə "şahmat oynayan" sürücülər - Polis və kamera olmayanda belə edirlər - VİDEO

Xatırlayırsınızsa 10 il əvvələdək Bakıda belə bir ənənə vardı: yolda tıxac yaranan kimi sürücülər davamlı olaraq xətti tapdalamaqla əks yola çıxırdılar. Nəticədə yolun hər 2 tərəfindən yalnız polis müdaxiləsi ilə açıla bilən tıxaclar yaranırdı.
Nə isə ki, kameralar artdıqdan sonra bu praktikaya son qoyuldu. Lakin...
Avtosfer.az xəbər verir ki, kamera və polis nəzarəti olmayan yerdə ənənə davam edir. Babək prospektini Yusif Səfərov küçəsi ilə birləşdirən tuneldə bu hal hər səhər yaşanır. Tunel boyu ötməni qadağan edən davamlı xətt olsa da, sürücülər bir neçə saniyə qabağa düşmək üçün xəttə məhəl qoymurlar. Təxminən 150 metrlik yolda bəzi sürücülər 3 dəfə xətt dəyişir. Mahiyyət etibarı ilə kimsə 2-3 maşın qabağa düşsə də ümumi vəziyyət dəyişmir.
İş burasındadır ki, həmin ərazidə polis nəzarəti də mümkün deyil. Yol polisinin orada xidmət aparması həm fiziki, həm də sağlamlıq baxımından risklidir. Lakin çarə var: tuneldə kamera yerləşdirməklə problemin öhdəsindən asanlıqla gəlmək olar.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












