Tunelə saniyələr qalmış riskli manevr: Avtomobili sıxışdırıb önə keçdi - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 14-də saat 10:03 radələrində qeydə alınıb. Belə ki, 77-VK-903 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü tunelə yaxınlaşarkən, üç hərəkət zolağının iki zolağa birləşdiyi hissədə təhlükəli manevr edib.
Görüntülərdən məlum olur ki, sürücü soldakı zolaqla hərəkət edərək videonu qeydə alan avtomobili son anda ötüb və onun qarşısına keçib. Bu zaman digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaranıb və qəza şəraiti formalaşıb.
Qeyd edək ki, yolun daraldığı və zolaqların birləşdiyi hissələrdə sürücülər növbəlilik prinsipinə əməl etməli, üstünlük qazanmaq məqsədilə qəfil zolaq dəyişmələrindən çəkinməlidirlər. Belə manevrlər bir neçə saniyə vaxt qazanmağa hesablansa da, kiçik bir səhv zəncirvari qəza ilə nəticələnə bilər.
Nərmin
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO












