Velosiped sürmək ömrü uzadır?

Yeni aparılan araşdırma velosiped sürməyin insan ömrünü 6 ay uzatdığını ortaya çıxarıb. Hollandiyanın “Utrecht” universitetinin alimləri velosiped sürənlərin daha uzunömürlü olduqlarını açıqlayıb. 16 milyon əhalisi olan Hollandiyada 18 milyon velosiped var. Bu ölkədə insanlar orta hesabla 85 il ömür sürürlər. Alimlər bildirirlər ki, velosipeddən geniş şəkildə istifadə edilən bu ölkədə insanların uzunömürlü olmaları təsadüfi deyil. Statistikaya görə, hollandiyalılar orta hesabla həftədə 75 dəqiqə velosiped sürürlər və bu, onların uzunömürlü olmasına təsir edir. Belə ki, velosiped sürən insanlar hərəkətsiz həyat tərzi keçirənlərə nəzərən 6 ay daha çox yaşayırlar.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı da 50 min insanın iştirak etdiyi sorğu nəticəsində velosiped sürənlərin daha sağlam olduğunu təsdiq edib.
publika.az
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












