Velosiped zolağını parkinqə çevirən sürücü - 90-AA-953 - FOTO

Paytaxtın Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yol-hərəkəti qaydalarını pozan sürücü lentə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 12-də saat 13:40 radələrində qeydə alınıb. Belə ki, 90-AA-953 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü velosipedçilər üçün nəzərdə tutulmuş zolaqda park edib. Nəticədə velosipedçilərin hərəkəti məhdudlaşdırılıb və onlar avtomobillər üçün nəzərdə tutulmuş zolağa çıxmağa məcbur qalıblar. Bu hal isə həm velosipedçilər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, velosiped zolağında dayanma və parklanma qadağandır. Bu cür qayda pozuntuları yol hərəkətinin təhlükəsizliyini ciddi şəkildə pozur və qəza riskini artırır.
Nərmin


Özünə yer tapmayan sürücü ard-arda qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sol zolağı tutan yük maşını yol boyu təhlükə saçdı - VİDEO
Siqaret çəkib telefonla danışan avtobus sürücüsünü vətəndaş İFŞA ETDİ - VİDEO
Güzgünü “unudan” “Prius” sürücüsü qəzadan son anda yayındı - VİDEO
Xanım sürücü maşını yolun ortasında park edib mağazaya getdi - VİDEO
Maşını həm ikinci cərgədə, həm də döngədə park edən sürücü hamının yolunu kəsdi - VİDEO
“Ərim gəlsin” deyən sərxoş qadın sürücü yol polisinə yalvardı - 500 manat cərimələndi - VİDEO
Qabağa keçmək üçün hər yola əl atan sürücü görün sonda nə etdi - VİDEO
Nişanı heçə sayan sürücülər kameradan gizlənmək üçün zolağı zəbt etdi - VİDEO
Tıxacdan “çıxış yolu”nu tapan sürücülər avtobus zolağında şütüdülər - VİDEO
Dumanlı hava şəraitində piyada və sürücülər hansı qaydalara əməl etməlidir? – EKSPERT AÇIQLADI













