Xəttin üstündə dayanan piyadanı maşın belə vurdu – DYP və Avtosfer.az TƏQDİM EDİR - VİDEO

Son vaxtlar ölkəmizdə piyadaların avtomobillərlə vurulması halları çoxalıb. Ötən ay ərzində yol qəzalarında 100 nəfərin ölməsini araşdırdıqda məlum olur ki, bu hadisələrin 50 faizdən çoxunu piyadavurmalar təşkil edir.
Avtosfer.az bildirir ki, qəzaların böyük əksəriyyəti məhz piyadaların günahı ucbatından baş verir. Onlar keçid olan yerdə belə yolu haradan gəldi keçirlər. Üstəlik, bu hərəkətləri təhlükəli vəziyyət yaradaraq edirlər. Düzdür, bəzən piyada keçidlərinin yeri və aralarında olan məsafa arzuolunan səviyyədə olmur. Amma əksər hallarda qəzalar keçidlərin yaxınlığında baş verir.
Bəzi məqamlar da var ki, piyadalar buna mütləq diqqət etməlidir.
Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə hazırladığı videoda piyadanın çoxzolaqlı yolun hərəkət hissəsinə çıxdığı, xəttin üstünə dayanıb guya təhlükəsiz yerdə olduğunu düşündüyü, az sonra isə yük avtomobili tərəfindən vurulduğu əksini tapıb. Digər videoda isə animasiya vasitəsilə piyadalara izah olunur ki, bu cür qaydada yolu keçmək təhlükəlidir. Çünki sizin xəttin üstündə dayanmağınız təhlükədən qorumur. Arxadan gələn maşınlar manevr edərkən piyadanı görmür və qəza baş verir. Bu videoda da həm animasiya vasitəsilə, həm də real qəza videosu ilə bir daha göstəririk ki, baxıb nəticə çıxaranlar çox olsun.
Diqqətlə baxın ki, ömrünüz yollarda bitməsin!
Elməddin Muradlı
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












