Xırdalanda avtoxuliqanlıq edən sürücü təhlükəli anlar yaşatdı - VİDEO

Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtoxuliqanlıq edib. Avtosfer.az xəbər verir ki, noyabrın 6-ı Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində 99-SL-161 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı hərəkət edən zaman, sola- Qalubiyyə küçəsinə dönən avtomobilə konkret olaraq qəza vəziyyəti yaradıb. Sürücü hərəkət etdiyi zolaqdan sağ zolağa yerdəyişmə edən zaman həm qarşıdan gələn "Hyundai" markalı avtomobilə, həm də görüntünü qeydə alan sürücüyə qəza vəziyyəti yaradaraq onlara təhlükəli anlar yaşadıb. Videonu qeydə alan sürücü əyləcdən istifadə etməsəydi, qarşıdan gələn sürücü isə sağa manevr edib onun keçməsinə şərait yaratmasaydı qəza qaçılmaz olacaqdı.
Bu azmış kimi həmin sürücü yenə də 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında axına qarşı hərəkət etməyə başlayıb. Həmin vaxt qarşıdan gələn avtomobillərə də qəza vəziyyəti yaradıb.
Qeyd edək ki, sürücü ən sonda svetoforun qırmızı işığında dayanmadan hərəkətinə davam edərək gözdən itib.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












