Yasamalda dəhşətli qəza: İki nəfər can verdi - VİDEO (16+)

Bakının Yasamal rayonu ərazisində, Qələbə dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az azadxeber.az-a istinadən xəbər verir ki, dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.
Piyadalardan biri qadın, digəri isə kişi olub. Hadisənin səhər saat 10:15 radələrində baş verməsinə baxmayaraq Təcili Tibbi Yardım briqadası əraziyə 11:00-da çatıb. Yerdə can verən hər iki piyada Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Semaşko xəstəxanasından verilən son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər.
Qeyd edək ki, hadisə yerində çəkiliş aparan saytın müxbiri mülki formada olan və özünü təqdim etməyən şəxsin hücumuna məruz qalıb. Həmin şəxs müxbirin mobil telefonunu əlindən alaraq ona təzyiq göstərməyə çalışıb. Sayt iddia edirk ki, təzyiq göstərən şəxs polis idarəsinin müstəntiqi olub.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












