Yeni istifadəyə verilən tunelin çıxışındakı işıqfor düzgün işləmir - VİDEO

Tovuzda 2020-ci ildən tikintisinə başlanılan avtomobil keçidi istifadəyə verilib. Amma tunelin çıxışındakı işıqfor düzgün işləmir. Avtosfer.az xəbər verir ki, eni 8 metr, ümumi uzunluğu 420 metr olan tunelin ətrafından əlavə yan yollar tikilib. İki zolaq hər iki istiqamətdə avtomobilin sərbəst hərəkətinə imkan yaradır, eyni zamanda piyadalar üçün səkilər də sakinlərin rahat hərəkətini təmin edir. Amma tunelin fəaliyyətində sürücüləri qane etməyən tərəflər də mövcuddur.
Keçidə giriş-çıxışdakı işıqforda hərəkəti mədudlaşdıran işıqların saniyələri çoxdur. Əlavə olaraq yol nişanlarının da işıqforun qarşısını kəsməsi sürücülərin hərəkətində maneələr yaradır. İşıqforun qadağanedici işığında gözləyən avtomobil karvanı keçidin içərisinədək uzanır. Üstəlik, yan yollardan gələn avtomobillər də qəza şəraiti yaradır.
Mövcud vəziyyətlə bağlı "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tovuz rayon şöbəsinin sahə rəisi Niyazi Məmmədov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, qısa vaxt ərzində işıqforların əsaslı təmiri və işıqların hərəkətin intensivliyinə uyğun tənzimlənməsi həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












