Banner

Yol polisi bu pozuntulara görə sürücülərə "hörmət edir" – SİYAHI

Qaydalar 31 Mart 2016 18:36 Oxunub 7985
Yol polisi bu pozuntulara görə sürücülərə "hörmət edir" – SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Belə qayda pozuntularını iki hissəyə bölmək olar"

Bəzi hallarda Dövlət Yol Polisinin (DYP) əməkdaşları müəyyən qayda pozuntularına ya göz yumurlar, ya da belə halları aşkar etmək çətin olur. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, buna səbəb həmin qayda pozuntuları ilə bağlı təcrübənin olmaması və hüquqi qiymətləndirmənin çətinlik yaratmasıdır. Hüquqşünas Ərşad Hüseynov bildirib ki, belə qayda pozuntularını iki hissəyə bölmək olar. Birincisi DYP-nin nəzərindən qaçan qayda pozuntularıdır. Digəri isə hüquqi qiymətləndirmə və təcrübəsi formalaşmayan neqativ hallardır. 

Səs siqnalı ilə salam vermək 30 manata başa gələ bilər 

Yol polisinin nəzərindən qaçan hallardan biri avtomobildə səs siqnallarından yerli-yersiz istifadədir. Hüquqşünasın sözlərində görə, statistika aparılsa çox az hallarda bu qayda pozuntularının aşkar edildiyi məlum olar. Adi qaydada sürücülər hətta salam verərkən belə səs siqnallarında istifadə edirlər. Amma bilmirlər ki, belə salama görə onları 30 manat cərimə gözləyir. 

İşıq cihazlarından düzgün istifadə etməmək 

İnzibati Xətalar Məcəlləsinin 329.3 maddəsinə əsasən səs siqnalları ilə yanaşı, işıq cihazlarından düzgün istifadə etməyənlər də 30 manat cərimə edilir. Məsələn, uzaq işıqlandırma lazım olduğu zaman yaxın işıqlandırmada istifadə etmək, və yaxud tuneldə yaxın işıqlandırmanın olmaması cəriməyə səbəb ola bilər. Belə ki, tuneldə yaxın işıqlandırma olmaması hərəkətdə olan avtomobili görməkdə çətinlik yaradır.Bu isə qəzaya səbəb ola bilər. Qayda pozuntularına görə cərimə tətbiq edilsə də hər iki neqativ halı aşkar etmək yol polisinə çətinlik yaradır.

Qoruyucu kəmərə görə sərnişinləri də cərimə gözləyir 

Ərşad Hüseynov bəzi hallarda isə hüquqi qiymətləndirmənin çətin olması və təcrübənin formalaşmamasına görə, qayda pozuntularının qeydə alınmadığını deyir. Məsələn, bütün avtomobillərdə, o cümlədən yük maşını və avtobuslarda təhlükəsizlik kəməri olsa da, sərnişinlər çox az hallarda bu vasitədən istifadə edirlər. Halbuki təhkükəsizlik kəmərinin istifadə ediməməsinə görə sürücülərlə yanaşı, avtomobildəki sərnişinləri də cərimə gözləyir. İnzibati Xətalar Məcəlləsinin 338.3 maddəsinə əsasən yol polisi avtomobili saxlayarkən sərnişinin kəməri taxmadığı aşkar etsə, buna görə onu 30 manat cərimələyə bilər. Hüquqşünas bildirir ki, amma bunu da aşkar etmək çox çətindir: “Bunun üçün gərək bütün avtomobillər saxlanılıb, təhlükəsizlik kəmərindən istifadə edilib-edilmədiyi müəyyənləşdirilməlidir”. Amma sərnişinlər təhlükəsizliklərini qorumaq və gözlənilməz cərimə ilə qarşılaşmamaq üçün qoruyucu kəmərdən mütləq istifadə etməlidirlər. 

STOP-xəttin tələbinin pozulması 

Yol polislərinin diqqət yetirmədiyi və təcrübəsi olmayan qayda pozuntularından biri də işıqforda STOP xətt tələbinin pozulmasıdır. Adətən sürücülər işıqforda avtomobili STOP xətdən irəlidə saxlayırlar. Amma bununla bağlı cərimələ təcrübəsi formalaşmadığı üçün yol polisi buna “göz yumur”. Yəni, avtomobilin öndə və ya arxada saxlamasına bir o qədər əhəmiyyət verilmir. Amma qanunla bu qayda pozuntusuna yol verənlər cərimələnməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən işıqforda STOP xətt tələbinin pozanlara 40 manatlıq protokol yazıla bilər. Yəni, sürücülər “həmişə STOP xətdən öndə saxlamışam, heç nə olmaz”- düşüncəsindən əl çəkməlidir ki, gözlənilməz cərimə ilə qarşılaşmasınlar.

Bu qayda pozuntularına hüquqi qiymət vermək çətindir 

Bəzi qayda pozuntuları isə avtomobilin yol hərəkəti hissəsində düzgün yerləşdirilməməsi ilə bağlıdır. Belə ki, yoldakı zolaqların sayından aslı olaraq hərəkət qaydaları dəyişir. Ə.Hüseynov bildirir ki, 2 zolaqlı yolda avtomobil zolaqların ortası ilə deyil, bir zolaqda hərəkət edə bilər. Bundan əlavə tez-tez manevr etmək, boş yer tapan kimi avtomobili ora sürmək qayda pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən belə sürücülər 40 manat cərimələnə bilərlər.Amma burada hüquqi qiymətləndirmə çətindir. Yəni sürücü əks arqument gətirməklə cərimədən yayına bilər: “Məsələn, deyə bilər ki, qarşıdakı avbtomobil ləng hərəkət etdiyi üçün manevr etməyə məcbur oldum”.

Bu hallara görə cərimə yazıla bilməz 

Bəzi hallar isə ümumiyyətlə qayda pozuntusu hesab edilmir. Məsələn, sükan arxasında yemək və su içmək, avtomobili yüksək səsli musiqi ilə idarə etmək, o cümlədən avtomobilin ayaqqabı ilə deyil, başmaqla idarə edilməsi kimi hallara görə qanunla cərimə yazıla bilməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

iman 31 Mart 2016 20:12
Ərşad müəllim onsuzda yol polisi bütün əsıbilırimizi gün ərzində pozur.Çox fərazan gündə idik indidə yol polisi sizdın yeni şeylər öyrəndi. hec olmasa yaddarına salmayın.