Yol polisindən qaçan sürücü əməliyyatçılar tərəfindən tapılıb həbs edildi - FOTO

Bakının mərkəzində yol hərəkəti qaydasını pozan sürücü polisdən qaçdığı üçün həbs edilib. Avtosfer.az xəbər verir ki, 04-BR-678 qeydiyyat nişanlı "Kamaz" markalı avtomobilin sürücüsü oktyabrın 11-i paytaxtın Neftçilər prospektində (Azneft dairəsində) yük avtomobillərinin hərəkətini qadağan edən 3.4 nişanının tələbini pozduğu üçün yol polisləri tərəfindən saxla işarəsi verilib. Lakin sürücü qəsdən polisin qanuni tələblərinə əməl etməyərək Nobel prospekti istiqamətində hərəkətinə davam edib. Bu zaman o, yol hərəkəti qaydasını müxtəlif üsullarla davamlı şəkildə pozaraq təhlükəli hərəkətlər edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü həmin vaxt Zığ qəsəbəsinə daxil olaraq orada gizlənib. Xətai rayon 35-ci polis bölməsinin əməliyyat qrupu əraziyə dəvət olunaraq sürücünün tapılması istiqamətində tədbirlər həyata keçirilib. Bir neçə saatdan sonra sürücü Nəcəfov Fərrux Tapdıq oğlu tapılaraq 35-ci polis bölməsinə təhvil verilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək toplanılmış materiallar Xətai Rayon Məhkəməsinə göndərilib.
Oktyabrın 12-də keçirilən məhkəmə zamanı sürücü törətdiyi əməldən peşman olduğunu bildirib. Hakimin qərarı ilə sürücü Nəcəfov Fərrux Tapdıq oğlunun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












