Banner

Yol polisindən velosipedçilərə xəbərdarlıq - Cərimə ediləcəklər

Qaydalar 22 İyun 2015 23:12 Oxunub 2919
Yol polisindən velosipedçilərə xəbərdarlıq - Cərimə ediləcəklər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «: «Elə mənzərə yaranıb ki, yol polisi vəziyyəti qaydaya salmaq üçün tədbirlər görməyə başlayıb»

Son günlər Bakıda velosiped sürənlərlə bağlı müxtəlif xəbərlər yayılır. Qeyd olunur ki, velosipedlər evakuator maşını ilə cərimə meydançasına aparılıb, yol polisi velosipedçiləri yoldan çıxararaq səki ilə hərəkət etməyi tövsiyyə edib. Çünki paytaxt yollarında velosiped zolağı yoxdur. Velosipedçilərin də yolun hərəkət hiəssəinə çıxması təhlükə yaradır.

Artıq məsələyə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də aydınlıq gətirib. İdarənin höbə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, doğrudan da velosiped sürücülərinin yolun hərəkət hissəsinə çıxması ciddi təhlükə yaradır: «Aparılan müşahidələr göstərir ki, paytaxt ərazisində velosiped yolları kifayət qədər olmadığı üçün velosipedçilər yolun hərəkət hissəsinə çıxırlar. Bəzi velosipedçilər yolun ortası ilə elə hərəkət edir ki, sanki sürücülər dayanıb buna yol verməlidir. Biz kamera görüntülərinə baxıb belə dəhşətli mənzərələri görürük. Bu, çox təlükəlidir. Düzdür, hadisə baş verirsə, səbəbkar müəyyənləşir. Amma hər kəs öz məsuliyyətini dərk etməlidir. «Yol hərəkəti haqqında» qanunda velisipedçinin hüquq və vəzifələri, eyni zamanda, velosipedin texniki göstəriciləri ilə bağlı müəddəalar var. Lakin biz şəhərdə görürük ki, idarə olunan velosipedlərin əksəriyyəti texniki tələblərə cavab vermir. Avtomobillərdə olduğu kimi, velosipedlərə də ikrah doğuran, eybəcər səslər çıxaran siqnallar quraşdırıb insanları narahat edirlər. Biz də tərəfdarıyıq ki, ekoloji tarazlığı qorumaq üçün avtomobildən yox, velosipeddən istifadə edilsin. Lakin hər şey qanun çərçivəsində olmalıdır».

Vaqif Əsədov bildirib ki, Dənizkənarı Milli Parkada velosipedçilər üçün ayrıca yer ayrılıb. Lakin son vaxtlar bulvarın hər yerində velosiped sürənlərə rast gəlmək olar. Bu da insanların narahatlığına və narazılığına səbəb olur: «Eyni mənzərə yollarımızda da yaranıb ki, yol polisi bu vəziyyəti qaydaya salmaq üçün tədbirlər görməyə başladı. Lakin bəzi media orqanları bunu başqa yerə yozaraq yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır. Bu, heç kimə qarşı qərəzli addım ola bilməz. Velosipedçlərlə bağlı yol polisinin gördüyü işlər təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır».

Vaqif Əsədov bildirib ki, ekoloji cəhətdən velosiped əlverişli sayılsa da, təhlükəsizlik qaydalarında bu nəqliyyat vasitəsinə hər hansı güzəşt nəzərdə tutulmur. Son 6 ayda paytaxt ərazisində 4 velosipedçini avtomobil vurub. Bunların dördü də velosipedçilərin səhvi ucbatından baş verib: «Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları şəhərin mərkəzi küçə və prospektində velosipedi təhlükəli sürənlərə qarşı sərt cəza tətbiq edəcək. Belə velosipedçi aşkar edilərsə dərhal cərimələnəcək». 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh