Yol polisini söyüb qaçmaq istəyən sürücü həbs edildi - FOTO

Bakıda yol polisinə nalayiq ifadə işlədən daha bir sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, paytaxtın Koroğlu metrostansiyasının yaxınlığında 3.1 giriş qadağandır nişanının tələbini pozan 90-BB-039 qeydiyyat nişanlı "Toyota Corolla" markalı avtomobilin sürücüsünü həmin ərazidə xidmət aparan 99-YP-425 qeydiyyat nişanlı YPX əməkdaşları dayandıraraq barəsində protokol tərtib etmək istəyib. Bu zaman sürücü müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmaq istəyib. Lakin polis əməkdaşları inzibati xəta haqqında protokol tərtib edərək sürücünü məsuliyyətə cəlb edib. Bundan əsəbiləşən sürücü polis əməkdaşlarına nalayiq ifadələr işlədərək polisin qanuni tələbini qəsdən pozub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü Hüseynli Gülağa İsrayıl oğlu yaxalanaraq ərazi aidiyyəti üzrə 23-cü polis bölməsinə təhvil verilib. Polis bölməsində sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək toplanılmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclası zamanı sürücünün törətdiyi xətalar sübuta yetirilərək barəsində 8 gün müddətinə inzibati həbs qərarı verilib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












