Yol polislərini söyən sürücü həbs edildi - FOTO

Bakıda yol polislərinin ünvanına nalayiq ifadələr işlədib onların qanuni tələblərinə tabe olmayan sürücü həbs edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, 99-ZS-635 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü paytaxtın Fətəli Xan Xoyski küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yolayrıcının keçmə qaydasını pozub. Yol Patrul Xidməti əməkdaşları sürücünü dayandıraraq barəsində inzibati protokol tərtib edib. Sürücü bundan qəzəblənərək polislərin ünvanına nalayiq ifadələrə işlədib və daha sonra "İnzibati Xətalar Məcəlləsi"nin 535.1-ci maddəsinin tələbini pozub.
Sürücü Rzayev Həsən Rasim oğlu ərazi aidiyyəti üzrə Nərimanov rayon polis bölməsinə təhvil verilərək barəsində raport tərtib edilib.
Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sürücü səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, onun qardaşı hal hazırda cəbhədə gedən döyüşlərdə iştirak etdiyi üçün yüngülləşdirici hal kimi səkkiz gün inzibati həbs qərarı verilib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












