Yolda özünə yer tapa bilməyən sürücü - VİDEO

Yollarda lüzumsuz olaraq hərəkət zolağını dəyişən sürücülərə tez-tez rast gəlmək olur. Əsasən sıxlıq zamanı belə sürücüləri müşahidə etmək daha asan olur. Hansı zolaqda maşınlar hərəkət etməyə başlayırsa həmin zolağa yerdəyişmə edirlər və düşünürlər ki, belə etməklə hamıdan qabağa keçib mənzil başına tez çatacaqlar. Amma bu, onların düşündüyü kimi deyil. Onlar nəinki tez çatmaq, hətta belə hərəkət etməklə bəzən geridə də qalırlar. Bu cür sürücülərdən birinin videosu sosial şəbəkədə yayılıb.
Avtosfer.az xəbər verir ki, görüntü noyabrın 6-da, paytaxtın Fərman Salmanov küçəsində qeydə alınıb. Belə ki, 99-PS-618 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü yolboyu manevr qaydalarını pozaraq, ehtiyac olmadan zolaqları dəyişib. O, bu hərəkəti etməklə gedəcəyi ünvana tez çatmaq istəyir. Lakin videodan da aydın şəkildə görünür ki, zolaqları tez-tez dəyişməklə, maşınların arasından keçməklə heç 3 saniyə də qabağa düşə bilmir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












