Ziya Bünyadov prospektində müəmmalı yol nişanı – Çaşmayın - VİDEO

Ziya Bünyadov prospektindəki bu nişan maneənin sağından və solundan keçməyə icazə verir. Amma yerdəki xətlər sürücülərdə çaşqınlıq yaradır. Tunelə daxil olmaq üçün 3 və 4-cü zolaqlardan sola keçmək üçün 1 km məsafədə bir neçə yerdə qırıq-qoşa xətt var. Amma eyni məsafədə 1 və 2-ci zolaqlardan sağa keçmək üçün qırıq-qoşa xətt cəmi bir yerdədir. Sağa keçmək istəyən mütləq qaydanı pozmuş olacaq. Yaxud da yolunu ən az 2-3 kilometr uzatmalı olacaq.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu, yol hərəkətinin təşkilində nöqsandır. Çaşqınlıq yaranmasın deyə həmin hissədə 4.2.3 nişanının yaxınlığında, yerdə təhlükəsizlik adacığı çəkilməlidir.
Bu zaman sual yaranır ki, eyni istiqamətli yollarda qoşa bütöv xəttin olması nə dərəcədə düzgündür ?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, nəqliyyat axınından asılı olaraq sağdan-sola və ya əksinə zolağı dəyişmək üçün qırıq-qırıq xətlərin sayı tənzimlənə bilər. Bölmə rəisinin sözlərinə görə, sürücülər yola çıxmazdan əvvəl gedəcəkləri yolların xüsusiyyətlərini əvvəldən müəyyənləşdirməlidirlər.
Belə çıxır ki, bütün sürücülər, o cümlədən bölgədən gələnlər və avtomobil idarə edən turistlər Ziya Bünyadov prospektini əzbər tanımalıdır ki, bu anlaşılmazlığın qurbanı olmasın.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












