3 piyadanı maşın vurub ÖLDÜRDÜ

Noyabrın 18-dən bu günədək 3 piyada ölümü qeydə alınıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Belə ki, noyabrın 18-də saat 19 radələrində Lənkəran rayonunun Mamusta kəndi ərazisində rayon sakini S.Abbasov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən kənd sakini Əkrəm Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Noyabrın 19-da saat 18 radələrində İsmayıllı şəhəri ərazisində şəhər sakini A.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Noyabrın 20-də paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb. Süürücü saxlanılıb.
Hər 3 faktla bağlı araşdırma aparılır.
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - ANBAAN VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO












