6 ayda 6 şagird yol qəzalarının qurbanı olub

2014-cü ilin ilk 6 ayı ərzində Bakıda azyaşlılarla əlaqəli 37 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 29 nəfər isə müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. O deyib ki, hesabat dövrü ərzində qeydə alınan 14 hadisədə 3 məktəbəqər azyaşlı həlak olub, 12 nəfəri isə yaralanıb. Məktəblilərin iştirakı ilə baş vermiş 23 yol-nəqliyyat hadisəsi zamanı 6 şagird həlak olub, 17-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzaları zamanı yaralanan azyaşlı uşaqların sayı 1 fakt azalsa da, onların iştirakı ilə baş vermiş hadisələrin sayı 2 fakt, ölənlərin sayı isə 2 nəfər artıb ki, bu da çox böyük narahatlıq doğurur. Ona görə də sürücülərdən nəqliyyat vasitəsini idarə edərkən bunu nəzərə almağı, valideynlərdən isə övladlarına daha ciddi diqqət yetirmələrini xahiş edirik".
Qeyd edək ki, 2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək Bakı şəhəri üzrə 444 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 139 nəfər həlak olub, 438 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO
Bakıda sərnişin avtobusu qəzaya uğradı - VİDEO
Bakı-Quba yolunda qəza olub, ölən var
Qəzada maşını zədələnən sürücülər oxusun: Bu sığorta növü dəyişir
Şamaxı-İsmayıllı yolunda yük maşını aşdı - VİDEO










