ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla xəsarət alan var

ABŞ-ın Montana ştatının Liberti dairəsində sərnişin qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər həlak olub.
Bu barədə CBS telekanalı dairənin şefinə və qatarın aid oduğu “Amtrak” dəmiryol şirkətinə istinadən məlumat yatıb. Hüquq-mühafizə orqanlarının nümayəndəsi də qəza zamanı 3 nəfərin həlak olması barədə informasiyanı təsdiqləyib.
Qeyd edilir ki, “Empire Builder” qatarı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 02:00-da) relsdən çıxıb. Hadisə zamanı qatarda 147 sərnişin və briqadanın 13 üzvü olub.
“The New York Times” qəzeti isə qəza zamanı azı 50 nəfərin xəsarət aldığını xəbər verib.
Qatar Sietldən (Vaşinqton ştatı-red) Çikaqo (İllinoys ştatı) istiqamətində hərəkət edirmiş.
Hələlik hadisənin başvermə səbəbi barədə məlumat yoxdur. Qəza ilə əlaqədar ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Milli Şurası tərəfindən araşdırma aparılır.

Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR












