Abşeronda piyadanı avtomobil vurub

Qəzalar 6 Sentyabr 2021 09:46
Abşeronda piyadanı avtomobil vurub
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Süleymanov Kənan Füzuli oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxunub : 1194
ŞƏRH YAZ
Ad

E-mail

Şərh