Banner

Abşeronda yol qəzasında gəncin ayağı sınıb

Qəzalar 22 Sentyabr 2021 09:40 Oxunub 884
Abşeronda yol qəzasında gəncin ayağı sınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Masazır-Novxanı yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Əhmədov Elmir Elməddin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh