Aeroport şosesində zəncirvari qəza baş verdi - VİDEO

Bakıda polis avtomobilinin qəzaya düşməsinin təfərrüatı məlum olub.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.
Onun sözlərinə görə, bu gün saat 13:00-da paytaxtın Xəzər rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:
"Yol Patrul Xidmətinin avtomobili xidmət apararkən "Nissan" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq arxadan ona çırpılıb. Daha sonra nəqliyyat vasitəsi yolun hərəkət hissəsinə çıxıb. Orada evakuator "Nissan"ı vurmamaq üçün manevr edərək əks istiqamətə çıxıb və qarşıdan gələn "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb.
İlkin məlumata əsasən, "Toyota" markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb".
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
***
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Aeroport şosesində Dövlət Yol Polisi (DYP) avtomobili də daxil olmaqla bir neçə maşın toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Videonu təqdim edirik:
(Oxu.az)
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












