Ağcabədidə iki "КamAZ" TOQQUŞDU - YENİLƏNİB

Ağcabədidə iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 10-u saat 22:00-da Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"1962-ci il təvəllüdlü şəxsə hər iki qamış sümüyünün qəlpəli sınığı, 1996-cı il təvəllüdlü şəxsə isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu təyin olunub.
1962-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər şəxsə zəruri tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb".(oxu.az)
***10:48
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağcabədi rayonu, Qaradolaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "КamAZ" markalı iki yük avtomobili toqquşub, bir nəfər sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılı vəziyyətdə qalan bir nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












