Ağdamda yol qəzası baş verdi: 1 nəfər həyatını itirib – FOTO

İyulun 7-də Ağdam rayon Təzəkənd kəndi ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət Ağdama rayon sakini Rövşən Aslanov Bərdə rayon mərkəzi xəstəxanasında həyatını itirib. APA-nın məlumata görə, ağır kəllə-beyin travması alan Rövşən Aslanov reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin cəhdi onu xilas edə bilməyib.
***
Ağdamda yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Hadisə Bərdə-Ağdam yolunun Ağdam rayon Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağdam istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralı Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon mərkəzi xəstəxanasına göndərilib.
Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma başladılıb.
Ağır qəza: Ölənlər var
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü
Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI - VİDEO
Qubada AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Qazaxda AĞIR QƏZA: İki qardaş...- FOTO - YENİLƏNİB
Şahbuzda ağır qəza - 3 ölü, 9 yaralı var










