Ağdaşda ağır qəza: bir nəfər ölüb, 10 nəfər yaralanıb

Bakı-Qazax yolunda 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyulun 3-də saat 04:00 radələrində Bakı-Qazax yolunun 261-ci kilometrliyində - Ağdaş rayon ərazisində qeydə alınıb. Ucar rayon sakini, 62 yaşlı Hacıyev Fərman Yusif oğlunun idarə etdiyi 41-BB-557 dövlət nömrə nişanlı, “VAZ -21011” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan, Gürcüstan vətəndaşı, 29 yaşlı Nəzərov Adil Rafiq oğlunun idarə etdiyi “Ford” markalı, “JJC-229” dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə “VAZ-21011”-in sürücüsü hadisə yerində dünyasını dəyişib. “Ford”un sürücüsü və 9 sərnişini isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlardan 7-si - Bakı sakinləri, 30 yaşlı Hacıyev Samir Akif oğlu, 33 yaşlı Hüseynova Sərminə Ramiz qızı, Sumqayıt sakinləri - 67 yaşlı Osmanov Ədalət Musa oğlu, 29 yaşlı Mirzəyev Tarif Mahmud oğlu, 42 yaşlı Qəzənzadə Yeganə Faxrəd qızı və 49 yaşlı Namazova Turac Qara qızı və sürücü A. Nəzərov Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Daha 3 nəfər - Sumqayıt sakinləri 63 yaşlı Osmanova Gülpəri Əsəd qızı, 25 yaşlı Əliyeva Əzizə Xanəhməd qızı və Gürcüstan vətəndaşı 62 yaşlı Əliyev Əsgər Əkbər oğlu Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















