Ağdərədə "Niva" aşdı: Xəsarət alanlar var

Qəzalar 17 İyun 2026 10:18
Ağdərədə "Niva" aşdı: Xəsarət alanlar var
WhatsApp kanalımıza abunə olun

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində hərəkətdə olan "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü İsa Ağayev, sürücünün atası Bəhram Ağayev və digər sərnişin Samir Məmmədov ağır xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh