Ağstafada 2 minik avtomobili toqquşub

Qəzalar 13 Dekabr 2020 21:22
Ağstafada 2 minik avtomobili toqquşub
WhatsApp kanalımıza abunə olun

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində “Mitsubishi” və “VАZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “VАZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxunub : 1158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh