Ağstafada avtomobilin vurduğu piyada Bakıda ölüb

Ağstafada avtomobilin vurduğu piyada Bakıda ölüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da Köçəsgər-Ağstafa avtomobil yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi "VAZ-2106" markalı, 21 BG 428 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada Məmmədov Rasim Kərəm oğlunu vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb.
Piyada aldığı xəsarətlərdən noyabrın 4-də Bakıda vəfat edib.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məclləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
"Report"
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO











