Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Ağsuda avtomobil yol kənarındakı adamı vurub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun Muradlı kəndi ərazisində olub.
Belə ki, rayonun Ərəbsarvan kənd sakini, 1992-ci il təvəllüdlü sürücü Elçin Namiq oğlu Bağırov idarə etdiyi “LADA-21010” markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb. Sürücü idarəetməni itirib və yolun kənarınada oturaq vəziyyətdə olan Muradlı kənd sakini, 1965-cü il təvəllüdlü Asif Əhməd Oğlu Mənəfovun üstünə çıxıb. A.Mənəfov hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı













