Avtokranla toqquşan minik maşını yandı: 1 ölü, 3 yaralı

Avtosfer.az APA-ya istinadən bildirir ki, hadisə avqustun 8-də saat 21:30 radələrində Ələt-Astara magistralının 196-cı kilometrliyində qeydə alınıb.
Masallı rayonu istiqamətindən gələn “Kia Rio” markalı, 42 BP 418 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan AZENKO şirkətinə məxsus “KamAZ” markalı, 90 JN 632 dövlət nömrə nişanlı avtokranla toqquşub. Güclü zərbə nəticəsində “Kia Rio” yanğına məruz qalıb, həmçinin onun sərnişinlərindən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Lətafət Aslan qızı Əlizadə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər – Lənkəran şəhər sakinləri, 1990-cı il təvəllüdlü Cavid Nurəli oğlu Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Rövşən qızı Kərimova və 1983-cü il təvəllüdlü Füqanə Etibar qızı Zeynallı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Avtomobildə baş verən yanğın yoldan keçən şəxslərin müdaxiləsi ilə lokallaşdırılıb. Faktla bağlı araşdırmalara başlanıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO


















