Azərbaycanda 300-dən çox şəxs avtoqəzalarda həlak olub

Azərbaycanda 2025-ci ilin yanvar-iyun aylarında 577 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı 12,8 faiz azalaraq 812 nəfər olub. Onlardan 313-ü həlak olub, 499-u isə yaralanıb.
Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Bildirilib ki, yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3 faiz azalaraq 472 nəfər olub.
Məlumatda vurğulanıb ki, bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,9 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,7 faizini, yaralananların isə 70,9 faizini kişilər təşkil edib.
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Yanacaq maşını AŞDI; yanğın başladı - VİDEO
Şəhərin mərkəzində əks yola çıxan sürücü ağır qəza törətdi - VİDEO
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər öldü
Bakı-Qazax yolunda baş verən avtobus qəzasının SƏBƏBİ AÇIQLANDI - VİDEO
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub – ADLAR - FOTO - VİDEO
DYP Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
Yasamalda “Kamaz” “Mercedes”lə toqquşub - FOTOLAR
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTOLAR
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - FOTOLAR
Bakıda süpürgəçini avtomobil vurdu - Vəziyyəti ağırdı










