Azərbaycanda dəhşətli qəza: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib.
Avtosfer.az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub.
Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, hadisə sentyabrın 13-dən 14-nə keçən gecə baş verib:
“Şəhər sakini Telman Həsənov idarə etdiyi VAZ-21723 markalı avtomobillə Gəncə şəhəri, Ətdarlar küçəsində hərəkətdə olan zaman idarəetməni itirib. O, avtomobili yeni inşa edilən “Kolxoz” bazarının dəmir hasarlarına vurduqdan sonra nəqliyyat vasitəsi həmin bazarın gözətçilər üçün nəzərdə tutulmuş otağına çırpılıb.
Nəticədə gözətçi işləyən 2000-ci il təvəllüdlü Əli Əsgərov və 1996-cı il təvəllüdlü Rəşad Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər”.
O qeyd edib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat İdarəsində araşdırma aparılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












