Banner

Azərbaycanda yol terroru: 313 ölü, 746 yaralı

Qəzalar 15 May 2014 12:38 Oxunub 1897
Azərbaycanda yol terroru: 313 ölü, 746 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol qəzaları zamanı 21 azyaşlı ölüb, 47 uşaq isə yaralanıb

Azərbaycanda 2014-cü ilin ilk 4 ayı ərzində (yanvar-aprel) 735 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 313 nəfər ölüb, 746 nəfər yaralanıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 169 fakt, ölənlərin sayı 26, yaralıların sayı 237 nəfər azalıb. Hadisələrin çoxu yenə də piyadaların vurulması ilə bağlıdır. Bu, ümumi qəzaların 40,6 faizini təşkil edir. Belə ki, 299 piyadavurma nəticəsində 107 nəfər həlak olub, 215 nəfər xəsarət alıb. Ötmə qaydalarının pozulması və qarşı hərəkət zolağına çıxma nəticəsində 229 hadisə baş verib. Bu, ümumi qəzaların 31,1 faizini təşkil edib. Nəticədə 88 nəfər ölüb, 283 nəfər yaralanıb. Sürət həddinin aşılması səbəbindən 209 yol qəzası qeydə alınıb. Nəticədə 112 nəfər ölüb, 167 nəfər yaralanıb. Qəzaların 20-si sərxoş sürücülər tərəfindən törədilib. Bu zaman 8 nəfər ölüb, 25 nəfər yaralanıb. Hadisələrdə 21 azyaşlı ölüb, 47 uşaq isə yaralanıb. Bu, ötən ilin müvafiq döbrü ilə müqayisədə 2 ölüm, 41 yaralanma faktı az deməkdir. Yük avtomobillərinin iştirakı ilə 38 hadisə baş verib, 15 nəfər ölüb, 47 nəfər yaralanıb. Avtobusların iştirakı ilə isə 25 yol qəzası qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. K.Əliyevin fikrincə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisə, ölüm və yaralanma faktlarının azalması görülən kompleks işlərin nəticəsidir: "Sözsüz ki, görülən inzibati, profilaktik tədbirlər, təbliğat-maarifləndirmə işlərinin geniş surətdə aparılması öz təsirini göstərib. Ölkədə nəqliyyat vasitələrinin çoxalması fonunda qəzaların sayının 169 fakt, ölənlərin sayının 26 nəfər, yaralıların sayının isə 237 nəfər azalması məhz görülən tədbirlərin nəticəsidir. Bununla belə, bir daha həm sürücüləri, həm də piyadaları yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə, həmçinin özlərinin və yaxınlarının təhlükəsizliklərinin qayğısına qalmağa, laqeyd olmamağa dəvət edirik».

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh