Azərbaycanlı idmançı qonaq getdiyi yerdə avtobusla vuruldu - TƏFƏRRÜAT + FOTO

Dünən Zərdabda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası olub. Rüfət Zaur oğlu Məmmədov adlı yeniyetmə aldığı xəsarətlərdən dünyasını dəyişib. Oxu.az məsələ ilə bağlı müəyyən məlumatlar əldə edib. Rüfət Məmmədov 17-18 yaşlarında olub. Əvvəllər Zərdab rayonunda yaşayan ailə üç il olar ki, Mingəçevir şəhərinə köçübmüş.
O, Zərdaba baba-nənəsigilə gəlib. Velosipedlə axşamüstü yola çıxıb. Həmin vaxt Ağcabədi istiqamətində işləyən “İkarus” avtobusu onu vurub. Yeniyetmə yerindəcə keçinib.
Qeyd edək ki, Rüfət Məmmədov valideynləri ilə Zərdabda yaşadığı vaxt 3-4 il idmanın cüdo növü ilə məşğul olub. Zona yarışında beşinci olmuş R.Məmmədov 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş açıq İmişli rayon birinciliyində medal qazanıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO













