"Azsamand" "Volkswagen"lə toqquşdu; yaralılar var - FOTO - YENİLƏNİB

Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb. Yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, günorta saatlarında Lənkəran rayonunun Liman şəhərində baş verən qəzada 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar Masallı rayon Gəyəçöl kənd sakinləri 2003-cü il təvəllüdlü Məmmədəli Bahadır oğlu Nəsirov, 1984-cü il təvəllüdlü Aslan Məhərrəm oğlu Abdullayev, 1995-ci il təvəllüdlü Elton İdrak oğlu Nəsirov və Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Emin Əlişan oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Məmmədəli Nəsirov qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Digər xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.
***
Lənkəranda iki minik maşını toqquşub.
Avtosfer.az xəbər verir ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Azsamand" markalı minik avtomobili "Volkswagen" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır.
(APA)
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
















