Bakıda AĞIR QƏZA: Piyadanın ayaqları sındı

Qəzalar 2 İyul 2026 10:53
Bakıda AĞIR QƏZA:  Piyadanın ayaqları sındı
WhatsApp kanalımıza abunə olun

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Məlumata görə, “Kia” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Nurlan Gülməmməd oğlu Əsgərovu vurub.

Qəza nəticəsində piyada ayaqlarından sınıq xəsarətləri alıb. Sürücü yaralını dərhal xəstəxanaya çatdırıb.

Hazırda zərərçəkənə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 152
ŞƏRH YAZ
Ad

E-mail

Şərh