Bakı-Quba yolunda ağır qəza - ölən və yaralananlar var - FOTO - VİDEO

Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.
Avtosfer.az-ın məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Qubada iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza Bakı-Quba yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Ölənlərin hər ikisi qadındır.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
FHN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Opel” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Qeyd edək ki, “Opel” markalı minik avtomobilində olan digər 2 nəfər hadisə yerində keçinib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.





Tovuzdakı qəzada həyatını itirən qazinin - FOTOsu
"Babək"də yük avtomobili mağazaya çırpıldı; obyektə və maşına ziyan dəydi - VİDEO
DƏHŞƏTLİ QƏZA: 15 yaşlı yeniyetmə və 9 yaşlı uşaq öldü - FOTO
Ağır TƏYYARƏ QƏZASI - ÖLƏNLƏR VAR - YENİLƏNİB
Balaxanıda “Prius” işıq dirəyinə çırpıldı - VİDEO
Bakının mərkəzində zəncirvari qəza; “Prius”, “KIA” və Changan” toqquşdu - VİDEO
Beyləqanda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı - FOTOLAR
İdarəetmədən çıxan “Mercedes” beton maneənin üzərinə dırmandı - VİDEO
Naxçıvanda “BMW” ilə toqquşan “Hyundai” tanınmaz hala düşdü - VİDEO
Aeroport şosesində dəhşətli qəza - ANBAAN VİDEO
Bakıda "Qazel" motosikletlə toqquşdu: Ölən var










