Bakı-Quba yolunda avtobus yük maşını ilə toqquşdu - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolundakı yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
İdarədən oxu.az-a verilən məlumatda bildirilib ki, sentyabrın 6-da saat 7 radələrində Bakı-Quba avtomobil yolunun 28-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Bayram Qurbanovun idarə etdiyi "Mercedes-Benz" markalı, 77-NQ-154 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İlham Vəliyevin idarə etdiyi KIA markalı, 50-AE-425 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşub.
Qəza nəticəsində avtobusda olan iki sərnişin yüngül xəsarət alıb. Ölüm və ağır xəsarət faktı qeydə alınmayıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yük avtomobilinin təkərlərindən birinin partlaması olub.
Faktla bağlı araşdırma aparılır.
***09:32
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report”a istinadən xəbər verir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.
İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.
Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.




"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










