Bakı-Quba yolunda baş verən qəzada ata və 2 aylıq qızı ölüb - YENİLƏNİB - FOTO

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin kimliyi məlum olub. APA-nın verdiyi xəbərə görə, “VAZ 2106” markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində avtomobilin sürücüsü Orxan Qasımov, sərnişinlər 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə dünyasını dəyişib. Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın verdiyi məlumata görə, qəza magistralın 68-ci kilometrliyində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
APA
İsmayıllıda AĞIR QƏZA: Traktor ikiyə bölündü - VİDEO
Gəncədə “Mitsubishi” qarşıdan gələn “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR


















