Bakı-Sumqayıt yolunda avtobus zolağına girən “Prius” sürücüsü qəza törətdi - ANBAAN VİDEO

Bakı-Sumqayıt yolunda qayda pozan sürücü qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 17-də saat 23:54 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 20-EL-285 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü sağa manevr edərək öncə həmin zolaqdakı avtomobilə təhlükə yaradıb. Ardınca avtobus zolağına daxil olan “Prius” sürücüsü hərəkətdə olan sərnişin avtobusuyla toqquşub.
“Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinə əsasən 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılıbsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır.
Nərmin
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO












