Bakı-Sumqayıt yolunda qəza: “Opel” “Changan”a çırpıldı - REAL VİDEO

Bakı-Sumqayıt yolunda baş vermiş yol qəzası avtomobilon kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 23-də saat 16:45 radələrində qeydə alınıb. Kadrlarda 50-EU-942 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin 77-FD-200 dövlət nömrə nişanlı “Changan” markalı nəqliyyat vasitəsi ilə toqquşduğu görünür.
Görüntülərə əsasən, “Opel” sürücüsü sol zolağa manevr edərkən öndəki avtomobilə məhəl qoymayıb və nəticədə qəza qaçılmaz olub. Hadisə zamanı hər iki avtomobilə maddi ziyan dəyib, xoşbəxtlikdən digər hərəkət iştirakçıları zərər görməyib.
Qeyd edək ki, yol hərəkəti zamanı diqqət və məsuliyyət həyat üçün ən vacib şərtdir. Sürücülər sükan arxasında hər zaman öndəki nəqliyyat vasitəsinə, piyadalara və yol nişanlarına diqqət etməli, təhlükəsizlik məsafəsini qoruyaraq hərəkət etməlidirlər. Kiçik diqqətsizlik belə ciddi qəzalara və xəsarətlərə səbəb ola bilər.
Nərmin
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO












