ADY fotoqraflar üçün müsabiqə elan edib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə "Dəmir Yolları – zamanın obyektivində" mövzusunda fotomüsabiqə elan edir.
Avtosfer.az ADY-yə istinadən xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan dəmir yolunun tarixini, inkişafını və müasir nailiyyətlərini fotoqrafiya vasitəsilə təbliğ etmək, dəmir yollarının ölkənin sosial-iqtisadi həyatındakı rolunu ictimaiyyətə çatdırmaq, bədii-sənədli fotosalnaməni zənginləşdirmək və yaradıcı potensialı üzə çıxarmaqdır.
Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər.
Müsabiqə 3 noyabr – 7 dekabr tarixlərində keçiriləcək. Bu müddətdə fotoaparat, smartfon və dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə [email protected] elektron ünvanına göndərməlidirlər.
Müsabiqəyə göndərilən nümunələr peşəkar fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirəcək.
"Dəmir Yolları – zamanın obyektivində" mövzusunda fotomüsabiqənin şərtləri:
• fotolar Azərbaycan dəmir yolları mövzusuna aid olmalıdır;
• hər iştirakçı ən çox 5 foto təqdim edə bilər;
• fotolar ağ-qara və ya rəngli və JPEG (JPG) formatında olmalı, uzun tərəfi 1500 piksel təşkil etməlidir;
• fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır;
• fotonun adında müəllifin adı, soyadı və əsərin adı göstərilməlidir;
• yalnız rəng balansı, kontrast və buna bənzər düzəlişlərə icazə verilir;
• süni intellektlə hazırlanmış və ya dəyişdirilmiş fotolar qəbul olunmur;
• fotolarda əks olunan şəxslərin razılığının alınması fotoqrafın məsuliyyətindədir;
• qalib gələcək fotoların orijinal versiyası müəllifdən tələb olunacaq.
Mükafatlandırma:
Müsabiqədə I, II və III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:
• I yer – 500 AZN
• II yer – 300 AZN
• III yer – 200 AZN
İştirakçıların hər birinə "İştirakçı sertifikatı" təqdim olunacaq. Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərgi keçiriləcək.
"Dəmir Yolları – zamanın obyektivində" mövzusunda fotomüsabiqədə iştirakla bağlı sualları təşkilatçılara ünvanlaya bilərsiniz.
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB












