Bakıda 59 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirib
Qəzalar
6 Noyabr 2022 10:40
Oxunub 834

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Əliyev Şəmsi Bəylər oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













