Bakıda ağır yol qəzaları: ölənlər var

İyulun 14-də Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 13:15 radələrində, Xəzər rayonu Qala-Pirallahı yolunda Bakı şəhər sakinləri - 1963-cü il təvəllüdlü Telman Quliyevin idarə etdiyi «Zil» markalı və 1980-cı il təvəllüdlü Rəvan Mirəliyevin idarə etdiyi «İsuzu» markalı yük avtomobilləri toqquşub. Nəticədə, sürücü R.Mirəliyev hadisə yerində ölüb, sərnişini 1986-cı il təvəllüdlü Teymur Bayramov isə 3 saylı xəstəxanaya yerləşdirilib.
İyulun 14-ü saat 23 radələrində Nərimanov rayonunda da ağır yol qəzası olub. Z.Bunyadov prospektində Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Əsəd Qədirov idarə etdiyi «VAZ-21183» markalı avtomobillə Zərdab rayon sakini 1979-cu il təvəllüdlü İkram Osmanovu və 1986-cı il təvəllüdlü Sahil Qurbanovu vurub. Nəticədə, İ.Osmanov aldığı xəsarətlərdən xəstəxanada ölüb. S.Qurbanov isə 3 saylı xəstəxanaya yerləşdirilib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












