Bakıda «Gelandewagen» evakuatordan düşüb başqa maşına çırpıldı - FOTOLAR

Dünən saat 14.30 radələrində Bakı şəhərinin Zivərbəy Əhmədbəyov küçəsində “Mercedes Gelandewagen” evakuatordan düşərək “Mitsubishi Pajero” markalı digər maşını vurub. ANS press-in hadisə yerində olmuş əməkdaşının verdiyi məlumata görə, evakuator icazəsiz yerdə saxlanmış avtmobili götürmək istəyəndə prosedur düzgün yerinə yetirilməyib. Nəticədə hərikiavtomobilə ciddizərər dəyib. Fotolardan da göründüyü kimi, evakuator həmin yolda nəqliyyatın hərəkətinə ciddi əngəl törədir, heç bir təhlükəsizlik tədbiri görülmür. Üstəlik, evakuator həmin küçəyə nəqliyyatın hərəkətin əksi istiqamətində girib. Maraqlıdır ki, qarşıda başqa maşın var və onun qarşısı boş olduğu halda evakuator məhz «Gelandewagen»i darısqal yerdən götürməyə cəhd edir. Bu uğursuz cəhd yəqin ki, evakuatorlara dərs olacaq. Axı hər yoldan keçəni evakuator işinə cəlb etmək doğru yanaşma deyil.
Xatırladaq ki, bu, Bakı şəhərində son zamanlarda baş vermiş ikinci haldır. Bir xeyli öncə də bir “CİP” avtomobili evakuatordan başqa bir maşının üzərinə düşmüşdü.
Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində maşınları evakuatorla daşımırlar və təkərlərini yerindəcə qıfıllayırlar.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















