Paytaxtda gənc qadın yol qəzasında xəsarət alıb

Qəzalar 30 Avqust 2021 08:35
Paytaxtda gənc qadın yol qəzasında xəsarət alıb
WhatsApp kanalımıza abunə olun

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cavadova Gülşən Aydın qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 906
ŞƏRH YAZ
Ad

E-mail

Şərh