Bakıda idarəetmədən çıxan "Mercedes" tanınmış aparıcının maşınını vurdu - ANBAAN VİDEO

Bakı-Sumqayıt yolunda (Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında) baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə iyulun 14-də günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan 10-SS-234 dövlət nömrə nişanlı “Mini Cooper” markalı maşın “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına görə, qəzaya səbəb “Mercedes” sürücüsünün sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi olub. Nəticədə o, idarəetməni itirərək öncə avtobus zolağına keçib, daha sonra yol kənarındakı maneəyə dəyib. Sürücü qəzadan yayınmaq üçün sola manevr etsə də bu zaman hərəkətdə olan avtomobili vurub. Xoşbəxtlikdən “Mini Cooper”in sürücüsü avtomobili saxlayıb və baş verə biləcək ağır qəzanın qarşısını alıb.
Qeyd edək ki, “Mini Cooper”in sürücüsü aparıcı və aktrisa Şəms Allahverdiyavadır.
Nərmin
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












