Bakıda “Prius” sürücüsü məlumat lövhəsini uçurub “Mercedes”i vurdu - REAL VİDEO

Paytaxtın “8 Noyabr” prospektində baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədir. Belə ki, sürücü öncə təmir işləriylə bağlı yerləşdirilmiş məlumat lövhəsinə çırpılaraq onu yararsız hala salır. Daha sonra isə yol kənarında park edilmiş “Mercedes” markalı maşınla toqquşur. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Qeyd edək ki, yolda hər hansı işlər aparılarkən “yol işləri” nişanından istifadə olunmalıdır. Lakin əksər küçələrdə təmirlə əlaqədar nişan əvəzinə məlumatverici lövhələr yerləşdirilir. Nəticədə bəzi məqamlarda sürücülər həmin lövhəni görmürlər və görüntüdəki kimi qəza yaranır.
Nərmin
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












