Bakıda qəza: Əvvəl avtomobilləri əzdi, sonra yaşıllıq əraziyə çırpıldı - VİDEO

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə nəqliyyat vasitəsinin yol kənarındakı yaşıllıq əraziyə çırpılması görünür.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın hadisə ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, qəza ötən gün saat 15:00-da qeydə alınıb:
"Dünən günorta saatlarında paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsi ilə Füzuli küçəsinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq öncə hərəkət zolağındakı "Toyota", daha sonra isə "Mercedes-Benz" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb. "Hyundai" və "Mercedes-Benz" markalı nəqliyyat vasitələrinin sürücüləri yüngül bədən xəsarətləri alıblar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır".
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












