Bakıda sərxoş sürücü mağazaya maşınla girdi

Dünən gecə Bakının Nəsimi rayonu Eldar Babayev küçəsində yol nəqliyyat hadiəsi baş verib. Hadisə nəticəsində sürücünün idarəetməsindən çıxan “VAZ 2104” markalı avtomobilin mağazaya çırpılıb. Belə ki, yolun əks tərəfi ilə hərəkətdə olan “VAZ” markalı avtomobil yolun kənarındakı mağazaya girib. Xoşbəxtlikdən xəsarət alan olmasa da mağazaya ciddi ziyan dəyib. Sükan arxasında olan sürücü isə hadisə yerindən qaçmağa çalışsa da sakinlər onun qarşısını ala biliblər. Sürücü sərxoş olduğundan o hadisənin necə olduğunu belə xatrlamayıb. Qəza baş verən zaman isə mağazada heç kim olmayıb. Baş verən hadisə ilə mağaza sahibi sürücüdən zərərin ödənilməsini tələb edib. Artıq bununla bağlı Nəsimi rayon polis idarəsinədə müraciət edilib. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












