Bakıda sürücü qəsdən digər avtomobili vurub yoldan çıxardı - VİDEO - YENİLƏNİB

"Bakının Nərimanov rayonu, Atatürk prospektində baş verən hadisədə ilə bağlı nəqliyyat vasitələrinin sürücüləri aşkarlanaraq barələrində qanunamüvafiq tədbir görülüb".
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, yayılan videogörüntü ilə əlaqədar olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılıb:
"Aralarında yaranmış digər xüsuslarla bağlı onlar barəsində toplanan materiallar prosessual araşdırma aparılması məqsədi ilə Nərimanov Rayon Polis İdarəsinə göndərilib".
***
"Bakının Nərimanov rayonu, Atatürk prospektində baş verən hadisə ilə bağlı araşdırma aparılır".
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
(oxu.az)
***
Bakıda hərəkətdə olan avtomobilin sürücüsü qəsdən digər avtomobili vurub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, Bakının Nərimanov rayonu, Atatürk prospektində, hərəkətin intensiv olduğu bir vaxtda 77-HX-718 dövlət nömrə nişanlı "Prius" markalı avtomobilin sürücüsü 10-EA-350 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşını vuraraq yoldan çıxarmağa cəhd edib.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












